08 May 2024 - 8

08 May 2024 - 8

21.08.2018

Azərbaycandan Kərbəla ziyarətinə yola çıxan Ərəfə karvanı müqəddəs Məşhəd şəhərini ziyarət etdikdən sonra Kərbəla şəhərinə çatıb. Zəvvarlarımız avqustun 19-u İmam Hüseynin (ə) müqəddəs hərəmində artıq ənənə halına düşmüş xüsusi məclis təşkil edib. Məclisdə Azərbaycanın tanınmış qarisi Hacı Ruslan Qasımov və ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edib.

Hərəmin əsas minbərində zəvvarlar qarşısında xütbə söyləyən ilahiyyatçı Kərbəla hadisəsinin mahiyyətindən, insan fitrəti ilə səsləşməsindən söz açıb.

Qeyd edək ki, avqustun 11-i Azərbaycandan 700 nəfərlik karvan Ərəfə günü Kərbəlanı ziyarət etmək üçün yola çıxıb.

"Ərəfə-2018" karvanından hazırlanmış xüsusi reportajı sizlərə təqdim edirik.

(Kerbela.info)