20 May 2024 - 20

20 May 2024 - 20

Şəhid atanın, şəhid oğlu
25.09.2018

Rafiq Miryusif oğlu Orucov 1972-ci ilin aprel ayında Laçın rayonunun Fərraş kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olub. 1990-cı ildə hərbi xidmətə yollanıb. Əvvəlcə Almaniya Demokratik Respublikasında, sonra isə Moskvada xidmət keçib.

Daha sonra Bakıya qayıdaraq könüllü şəkildə Milli Ordu sıralarına daxil yazılıb. Xocalı, Goranboy rayonlarında gedən döyüşlərdə iştirak edib. 1993-cü ildə ona kiçik leytenant rütbəsi verilməklə Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərə göndərilib. 1994-cü il fevralın 10-da mühüm əməliyyatı yerinə yetirərkən snayper gülləsindən qəhrəmancasına şəhid olub. Meyiti iki gün döyüş zonasında qalandan sonra götürülüb. 13 fevral 1994-cü ildə Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunub. Subay idi. Şəhidin atası Miryusif Orucov 1989-cu ildə Xocalı rayonunun Meşəli kəndinin müdafiəsində həlak şəhid edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqlənmiş kiçik leytenant Orucov Rafiq Miryusif oğlu (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Fərraş kənd klubuna Rafiq Miryusif oğlu Orucovun adı verilib.

Mübarizim