20 May 2024 - 20

20 May 2024 - 20

Ya Hüseyn artıq sən bizim əlimizi Allah çatdırdın
15.01.2019

İmam Hüseyn çıraqları söndürdü, dedi: "Gedən getsin". Buyurdu: "Ey camaat, Yezidin işi mənimlədir, sizinlə deyil. Kim mənə qoşulsa öldürüləcək, ailəsi əsir götürüləcək".

İmam Hüseyn çıraqları yandırandan sonra baxdı gördü 72 nəfər qalıb. Dedi, niyə getmədiniz? Dedilər, Ya Hüseyn biz gündə 70 dəfə öldürülsək, cənazəmiz yandırılsa və külü fərat çayının suyuna tökülsə, ondan sonra yenidən həyata qayıdaq biz yenə də səni tərk etmərik.

Yəni eşq bu məqama yetişmişdi ki, deyirdilər, Ya Hüseyn artıq sən bizim əlimizi Allah çatdırdın. Sən bizim məərifətimizi məərifətullah məqamına çatdırdın. Bu günə qədər səni sevirdik, sənin vasitənlə Allahı sevirdik. İndi artıq sən də Allah ilə bizim aramızda vasitə deyilsən. Sən elə bir mərifət ustadısan ki, bizi aparıb Allah qapısına yetirdin. Biz kamilliyə yetişdik. Və biz bu kamillikdən ötrü şəhid oluruq.

Yəni biz də səndən öyrənərək başa düşüb Allah yolunda şəhid oluruq. İmam Sadiq, İmam Səccad və İmam Baqirdən hədis var ki, hər kəs İmam Hüseynin zikri müsibətində ağlaya, və ya özünü ağlayana oxşada və yaxud başqasını ağlada cənət ona vacibdir.