20 May 2024 - 20

20 May 2024 - 20

İmam Hüseyn Əhli-beyti Xanım Zeynəbə əmanət etdi
18.03.2019

İmam Hüseyn bilirdi ki, oradakılar şəhid olacaqlar, zahiri məğlubiyətə uğrayacaqlar. Ona görə də bütün ailə üzvlərini hətta körpələridə gətirmişdi. İmam Səccad və digər şəxslər, yəni həzrət Zeynəb, həzrət Fatimeyi-Suğra, Səkinə, Rüqəyyə və həzrət Gülsüm. Bunların Kərbəlada olmaqlarının böyük mahiyyəti bundan ibarət idi ki, bəziləri İmam Hüseynin qiyamının nədən ibarət olmağını söz ilə çatdırmalı idilər, bıziləri də öz hərəkətləri ilə. Məsələn Əli Əsğərin şəhadəti elə bunu göstərirdi ki, Yezidin işi İmam Hüseyndənyalnız beyət almağ deyil. Bunların işi peyğəmbərlədir ki, oturublar xilafət kürsüsündə deyirlər biz peyğəmbərin xəlifəyik. Onların peyğəmbər balaları ilə düşmənçilikləri kötükdən idi. Çünki Yezid özü İmam Hüseynin kəsilmiş başı qabağında olan zaman, şərab içə-içə imamın dodağına vurub deyirdi hardadır mənim “Bədr”də öldürülən şeyxlərim, qohumlarım, görsünlərnecə onların qisasını aldım. Onların dinsizliyini işfa etdi. Əhli-beytin başında həzrt Zeynəb durdu. Tarixdə var ki, İmam Səccad xəstə olduğu üçün İmam Hüsyn Xanım Zeynəbə buyurdu bacı, mənim övladımın haı yaxşı deyil, xəstədir ona görə də əhli-əyalım sənə əmanətdir.

Qürbət Abdulov