08 May 2024 - 8

08 May 2024 - 8

Son anda İmam Hüseyni tərk edən Zühak ibn Abdullah
13.09.2019

Zühak ibn Abdullah Məşriqi İmam Hüseyn (ə) karvanına yolda qoşulmuşdu. Təbəri yazır, o, imama demişdi, mən o zamana qədər sənin yanında olacağam ki, yanında olmağım sənə faydalıdır.

Ömər Səd görəndə ki, İmam Hüseyn səhabələri atla meydana gələndə daha çox zərbə vururlar, atları vurmağı əmr etdi. Zühak ibn Abdullah atını xeymədə gizlədib döyüş meydanına piyada gəldi. O, bir neçə düşməni məhv etdi. Tarixi mənbələr imamın onu dua etdiyini, Allah və peyğəmbərin (s) onun üçün mükafat hazırladığını dediyini yazır.

Ancaq Zühak ibn Abdullah özü nəql edir ki, döyüşün sonuna yaxın İmam Hüseynin ətrafında çox az adam qaldığını görərək, imama getmək istədiyini deyir, imam da ondan beyətini götürür. Beləcə, Zühak ibn Abdullah Məşriqi xeymədə gizlətdiyi atına minərək, Kərbəla meydanından gedir.

O, imtahanın lap axırında öz imamını tək qoyur və bu feyz süfrəsindən bəhrələnə bilmir.

Vidadi Qurbanov