09 May 2024 - 9

09 May 2024 - 9

Aşura bizə haqqlının yanında olmağı öyrətdi...
10.09.2020

Hər yerimizdən ağır-ağır qalxanda intellektual cəmiyyət deyirik. Füzulini öyrənmədən, Nəsimini, Şah Xətaini, Yunus Əmrəni, Seyyid Əzimi, Sabiri, M.Ə.Rəsulzadəni, Üzeyir bəyi öyrənmədən hansı intellektuallıqdan söhbət gedə bilər? Məgər bu adını çəkdiklərimiz Aşuradan heç bir şeymi əxz etməyib, bu barədə heçnəmi yazmayıb, bu mübarizəni heçmi hesab ediblər? Bu millət öldükcə ölməyi, sevdikcə sevməyi, yazdıqca yazmağı öyrəndi Aşuradan. Və ən nəhayət iki fərqli təfəkkürün davasında haqlının yanında yer almanı, haqsıza arxa çevirməyi aşıladı Aşura. Hər yerdə bir içim suyu qıyıb verməyənə “Yezid xislətli”, “Yezidin biri “ kimi təhqiramiz ifadələr də öyrətdi... Əsas odur ki, bu millət doğru müqayisəsini edəndə Yezidi deyil, Hüseyni seçdi, haqsızı deyil, haqlını sevdi, güclünü deyil, zəifi anladı, qatili deyil, məzlumu öyrəndi, onun ahına şərik çıxdı. Nəhayət, Cavad xan kimi, Mübariz kimi vətəni, sahib olduqlarını sevmək, qorumaq, onların uğrunda ölməyi təlqin etdi. Hələ də bəzilərimiz deyir ki, Aşura bizə nə verdi?

Amil Turan (Jurnalist-tarixçi)