09 May 2024 - 9

09 May 2024 - 9

Biz fərd və dövlət olaraq Kərbəla təcrübəsindən yararlana bilərik...
12.09.2020

Əsl həqiqətdə isə biz fərd və dövlət olaraq Kərbəla təcrübəsindən yararlana bilərik. Hətta fərdi yararlanmanın real nümunəsi də artıq var. Belə ki, Mübariz İbrahimov qardaşımızın savaş və şəhidlik nümunəsi Kərbəla təcrübəsindən yararlanmağın fərdi göstəricisidir. Və bu nümunəni istənilən insanımız, istənilən hərbçimiz fərdi qaydada təkrarlaya bilər. Dövlət olaraq da İmam Hüseyn kimi davranmağımız üçün daha çox imkanlar var.

İmam hər kəsin haqqı, ədaləti unudub şəri dəstəkləməsinin ən pik nöqtəyə çatdığı məqamda Şərə qarşı (Şərin simvolu olan Yezidə qarşı) cihad etdi, qiyama qalxdı. Baxın, hazırda Azərbaycan dövləti və Azərbaycan xalqı da eynilə İmam Hüseynin durumundadır. Çünki dünya birliyi Qarabağ məsələsində Azərbaycan dövlətinin və xalqının haqq səsini eşitmir, eşitmək istəmir. Çünki dünya gücləri zalımın yanında durmağa, işğalçı Ermənistanı himayə etməyə üstünlük verirlər. Eləcə də həmsədrlər də Qarabağın işğaldan azad edilməsində əsla maraqlı deyillər.

Odur ki, indi Azərbaycan üçün də İmam Hüseyn kimi cihad etməkdən, "olum ya ölüm" deyib öz torpaqlarını azad etməkdən başqa bir yol qalmır.

Beybala Mirzeyev (Jurnalist)