08 May 2024 - 8

08 May 2024 - 8

Şəhid Şəhriyar Əsgərovun son MƏKTUBU...
08.01.2021

2-ci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycanın milli ordusunun çavuşu Əsgərov Şəhriyarın valideyinlərinə yazdığı son məktubu sizə təqdim edirik: "Əziz atam və anam, siz bu məktubu oxuyursunuzsa artıq mən Axirət dünyasındayam. Biz uşaq olarkən bizlərə İmam Hüseyndən və onun şəhadətindən danışırdınız. Elə uşaq ikən o danışdığınız şəhidlik zirvəsinin arzusunda olmuşam. Şükürlər olsun ki, Rəbbim məni də o zirvəyə çatdırdı. Bilirəm, anacan övlad itkisi sənə ağır gələcək, amma səndən xahişim odur ki, ağlayıb düşməni sevindirməyəsən. Üç rəngli bayraqda məni gətirəndə, Xanım Zeynəbin (ə) müsibətini düşün ki, balasını qurban verdi və xeymədən (çadır) çölə çıxmadı. Sən də elə dözümlü ol! Sevin ki, şəhid anasısan. Sevin ki, övladın Ağamız Hüseynə müsafirdir."

Kerbela.info