20 May 2024 - 20

20 May 2024 - 20

İmam Hüseyn qiyamının təsirli olmasının əsas səbəblərindən biri Xanım Zeynəbin şücaətidir
23.11.2018

Bu gün bəziləri deyir ki, həzrət Peyğəmbər (s) dünyasını dəyişdi, bəs niyə ona da iki ay matəm saxlamırlar, yaxud həzrət Əli, həzrət Zəhra və İmam Həsən də şəhid oldular, bəs niyə onlar üçün də matəm saxlamırlar?

İmam Hüseynlə həzrət Zeynəb Kərbəlada axırıncı gecə görüşəndə İmam da bacısına o sualı verdi. Bacı-qardaş qucaqlaşıb ağlayardılar, Xanım Zeynəb başını qoydu imamın sinəsinə və hönkürtü ilə ağladı. Deyirlər yeganə həmin vaxt idi ki, həzrət Zeynəb özünü saxlaya bilməyərək ağlayıb. İmam bacısından soruşdu niyə bu qədər ağlayırsan? Həzrət Zeynəb cavab verir ki, sənin şəhadətindir məni ağladan. İmam Hüseyn buyurur axı məndən yaxşılar dünyasını dəyişəndə sən belə ağlamadın; Peyğəmbər sənin yanında dünyasını dəyişdi, anam Zəhra sənin yanında vəfat etdi, atam Əlinin yarasını öz əllərinlə bağladın, o da dünyasını dəyişdi, qardaşım Həsən zəhərlənəndə suyu sən içirdirdin, bəs həmin vəxtlarda niyə belə ağlamırdın? İndisə mənim getməyimə niyə bu qədər ağlayırsan? Xanım Zeynəb İmam Hüseynin bu sualına cavab olaraq buyurdu ki, onlar dünyadan gedəndə ümidim Hüseyn hələ sağ idi, indi ümidim də ölür. Mən ümidimə yas saxlayıram...

Xanım Zeynəbin təkcə qardaşı Hüseyn dünyasını dəyişmirdi, ümidi də dünyadan gedirdi. Xanım Zeynəb zərif bir şəxs kimi həmişə qardaşına sığınıb arxayın olurdu. Həzrət Zeynəbin həyatı iki hissəlidir: İmam Hüseynin şəhadətindən əvvəlki Zeynəb və İmam Hüseynin şəhadətindəın sonrakı Zeynəb.

İmam Hüseynin şəhadətindən əvvəlki Zeynəb, yəni xatun Zeynəb, xanım Zeynəb, nazənin Zeynəb... Yəni ancaq xanımlıq edib insanlara elm öyrədirdi.

Amma İmam Hüseynin şəhadətindən sonrakı Zeynəb isə şücaətli, etirazların başında dayanan, İbn Ziyada, Yezidə qarşı çıxanların başçısı, şücaətlə qiyam edən və İmam Hüseynin müdafiəçisi olan Zeynəb idi. Hətta rəvayətlərdə var ki, İmam Zeynulabidin (ə) xəstə olarkən qısa müddətdə həzrət Zeynəb imamlıq vəzifəsini icra etdi.

İmam Hüseynin qiyamının təsir qoymasına birinci səbəbi Xanım Zeynəbin şücaətli xüsusiyyətinin olmasına görə idi. Çünki həzrət Zeynəb bu hissi oyatmışdı.

Qürbət Abdulov