21 Noyabr 2024 - 21
Tərcümə edən: Fizuli Şəfiyev Redaktor: B. Yusifzadə
Çap tarixi: 2000
"Kərbəlada Çaxan Şimşək" kitabı görkəmli filosof doktor Misbah Yəzdinin Aşura hadisəsi barədə söylədiyi çıxışlardan hazırlanmışdır. Kitabda tarixin ən faciəli və eyni zamanda ən ibrətamiz və şanlı səhifələrindən biri olan Kərbəla qiyamı müxtəlif yönlərdən araşdırılmış, bu hadisə ilə bağlı irəli sürülən şübhə və suallara cavab verilmişdir. Uzun illər boyu bizim ölkəmizdə də Aşura ilə bağlı məhərrəmlik mərasiminin keçirilməsini, bu tədbirə xalqımızın kütləvi şəkildə yüksək rəğbət və hüznlə yanaşmasını nəzərə alaraq, onun mahiyyətinin açıqlanmasını, ictimai-siyasi, mənəvi və fikri baxımdan göstərdiyi dərin təsirlərin aydınlaşdırılmasını zəruri hesab edərək bu kitab azərbaycan dilinə tərcümə edilib.