21 Noyabr 2024 - 21
Əgər məni Allah şəhid görmək istəyirsə Hüseynin başı üstə, gözü üstə. Əgər Allah Rüqəyyəni susuz görmək istəyirsə, Hüseynin başı üstə, gözü üstə. Əli-əsğəri boğazı oxlanmış görmək istəyirsə Hüseynçün yenə qəbuldur. Allah Əbəlfəzi iki qolsuz görmək isəyirsə, Allahın razılığı bundadırsa Hüseynçün bu qəbuldur.
Və bunları görən Xanım Zeynəb dedi biz Kərbəlada gözəllikdən başqa bir şey görmədik. Çünki Kərbəla bütövlükdə Allahın razılığı üçün, Allahın düşünən insanlar və ilahi rizayəti qazanmaq üçün can atan eşq yeri idi. Ona görə Xanım Zeynəb bu kəlməni deyir. Yoxsa orada qandan şəhadətdən başqa bir şey yox idi. Orada məhəbbət həqiqi bəndəçilik təcəlla oldu. Kimin timsalında? İmam Hüseynin, həzrət Əbəlfəzin və digərlərinin timsalında. O da Allahın razılığını qazanmaq üçün idi. Çox önəmli məsələdir. Ona görə İmam Hüseynin Kərbəlası qiyamətə qədər bütün zamanlara səs salan hadisədir.
Həzrət Əbəlfəz həmçinin. Ən həlledici məqamda öz şəxsiyyətini bütövlükdə qoydu ortaya. Gözəl deyiblər: "Quran Ramazan ayında, qədr gecəsində nazil oldu. Amma Əhli-beyt öz həqiqətini Tasua və Aşura gecəsi göstərdi". Bütün dünyaya bildirdi ki, Əhli-beyt kimdir. İnsanlar Əhli-beyti Aşura gecəsi tanıdı.
Rauf Hüseyn