21 Noyabr 2024 - 21
Tərcümə: Vüsal Hüseynzadə, Maqsud Sayil Nəşriyyat: Məhdiyyə
Bu kitabda, nübüvvət və vilayət ailəsində tərbiyə olunanlardan biri, Siddiqeyi-Tahirə Həzrət Zeynəbin (s.ə) şərəfli həyatı yer almışdır. Heç şübhəsiz, onun bütövlükdə bəndəçilik, mənəviyyat, səbr və dözümdən ibarət olan səmavi həyatı barədə mütaliə edib, düşünmək hamının, xüsusilə də qadınların və Allah yolunda addımlayan fədakarların təkamülünə kömək olacaqdır.
Kərbəla qəhramanı Həzrəti Zeynəbin (s.ə) həyatının qısa araşdırması olan bu kitabda aşağıdakı nüanslar gözəl nümunə sorağında olan imanlı qadınlara yaxşı bir örnək ola bilər.
Bu xanımın həyatını neçə hissədə xülasə etmək olar:
1.Allah Peyğəmbərinin və anası Fatimənin qucağında keçirdiyi çox qısa dövr; 2.Anasının vəfatından sonra, əziz atası Əli (ə)-ın yanındakı həyatı;
3.Həzrət Əli (ə)-ın şəhadətindən Həsən ibni Əlinin şəhadətinə qədərki dövr; 4.İmam Həsən (ə)-ın şəhadətindən, qardaşının aşurasına qədərki dövr;
5.Onun son dərəcə nəzərə çarpan və ibrətamiz olan həyatının sonu.