20 May 2024 - 20

20 May 2024 - 20

Xanım Zeynəb və Kərbəla missiyasının idrakı
29.11.2018

Həzrət İmam Hüseynin dəstəsi Kufə istiqamətində hərəkət edərkən həzrət Müslimin şəhadət xəbəri İmam Hüseynə çatdı. Bu xəbəri eşidəndə həzrət Zeynəb artıq bir iztirab keçirtdi və hiss etdi ki, dönülməz bir yoldadılar və qarşıda böyük bir hədəf var. Həzrət Zeynəb üzərinə böyük bir missiyanın düşəcəyini anladı. Tasua günü olmuşdu artıq ikinci dəfə həzrət Zeynəb dəqiqliklə öz üzərinə düşən missiyanı anladı.

İmam Zeynəlabidindən nəql olunur ki, Tasuanın axşamı idi atamın xeyməsinə yaxınlaşdım və gördüm ki, əvəllər Əbuzər Ğəffarinin qulu olan Con İmam Hüseynin xəncərini itləyir. İmam Hüseyn də onun yanında oturub şeir deyir. Bu şeirlərdə dünyanın üz döndərəciyini və şəhadətin çox yaxında olmasının mesajını verir. Həzrət Zeynəlabidin bu xəbəri həzrət Zeynəbə çatdırır. Xanım İmam Hüseynin xeyməsinə gəlir və üzünü imama tutaraq buyurur:

"Qardaşım Həsən dünyasını dəyişdikdən sonra mən özümü arxa-dayaqsız hiss etmədim, öz arxamda səni gördüm. Nə zaman sıxıntıya, çətinliyə düşsəm bilirdim ki, arxamda qardaşım var. Amma sən də bu gün şəhadət xəbərini verməklə məni sarsıtdın".

Vidadi Qurbanov