20 May 2024 - 20

20 May 2024 - 20

İmam Səccad (ə) imamlıq dövründə niyə çox qul alıb?
17.01.2019

İmam Səccad (ə) 59 il ömür yaşadı və imamın bu 59 ildə 34 il imamlıq dönəmi oldu. Və İmam Səccadın dönəmi ən çətin dönəm idi. Belə bir dönəm idi ki, təsəvvür edin İmam Səccada (ə) xütbə etməyə, dərs deməyə icazə verilmirdi və şərait yaradılmırdı. Elə bir şərait var idi ki, o dönəmdə olan xəlifələr İmam Hüseynin etdiyi qiyamdan qorxaraq İmam Səccadın da qiyam edəcəyindən qorxurdular. Və onu xüsusi nəzarət altında saxlayırdılar. İmam Səccad açıq-aşkar təbliğ edə bilmirdi. Təbliğlərə görə çox çətinlik çəkirdi. Ona görə də xüsusi yerlərdə, xüsusi insanlar ilə görüşürdü və onlara gizli şəkildə dini təbliğ edirdi. Və başqa yollar axtarırdı.

Təsəvvür edin dua ilə, ağlamaq ilə təbliğ edirdi. Və yaxud qul alırdı. Tarixə baxanda görürük ki, İmam Səccadın qulları çox olub. Həqiqətən imamı bu cür qələmə verirlər ki, o rahat yaşamaq istəyirdi ona görə qulları çox idi. Xeyr! Əslində məsələnin kökünə vardıqda görürük ki, İmam Səccad qulları alırdı və onlara evində təbliğ edirdi, dini çatdırırdı və sonra müəyyən bəhanələrlə onları azad edirdi. Məsələn biri hətta bir səhv hərəkət edirdi İmam Səccadın yanında başını aşağı salırdısa İmam Səccad (ə) deyirdi mən səni əfv etdim. Onu gözəl şəkildə bağışlayırdı və hətta həmən şəxs təəccüb edirdi mən səhv etmişəm ama məni bağışlayırsan. İmam Səccad təbliğ və tərbiyə edib onları cəmiyyətə göndərirdi.

Ramil Bədəlov