20 May 2024 - 20

20 May 2024 - 20

İslam peyğəmbəri bu hədislərlə nəyi çatdırmaq istəyirdi?
31.05.2019

Peyğəmbərimizin bir məşhur hədisi var ki, onu bütün müsəlman firqələri öz kitablarında qeyd ediblər. Hədisin ravisi Əbu Hüreyrədir. O deyir ki, bir gün peyğəmbər həzrət Əliyə, Xanım Fatiməyə, İmam Həsən və İmam Hüseynə baxdı və belə buyurdu: “Ənə hərbun limən harabəkum və silmun limən saləməkum.” Yəni mən sizinlə müharibə edənlə müharibədəyəm və hər kim sizinlə barış, sülh etsə mən də onunla barış və sülh edərəm. Bu hədis güclü dəlildir.

O kəslər ki, Əhli-beyt ilə düşmənçilik edirlər, bilsinlər peyğəmbər də onlarla düşməndir. Çünki peyğəmbər özü buyurur: "Mənim Əhli-beytimlə kim vuruşsa elə bil ki, mənimlə vuruşub. Və mən də onlarla vuruşuram".

Çox təəssüf olsun ki, bizlər bu hədisləri oxuyuruq, amma mənası haqqında düşünmürük. Peyğəmbər bu sözlə nə demək istəyib? Yəni məndən sonra mənim dinimi təbliğ edən Əhli-beytdir, İmam Hüseyndir. məndən sonra dini onlardan öyrənin. Onlar mənim gətirdiyim dini olduğu kimi sizə çatdırar. Onlardan qeyrilərinin arxasınca getməyin. Hüseyn məndən, mən də Hüseyndənəm mənası budur. Yəni mənim gətirdiyim dini olduğu kimi həqiqi şəkildə öyrənmək istəyirsinizsə İmam Hüseynə müraciət edin və öyrənin. Nəinki qeyrilərindən.

Taleh Abasov