20 May 2024 - 20

20 May 2024 - 20

04.06.2019

Xanım Zeynəb ibn Ziyad məclisində olanda İbn Ziyad onun qardaşlarının ölməsi ilə onu təhqir edib dedi: "Gördünmü qardaşlara Allah nə etdi?" Həmən anda Xanım buyurdu: "Mən orada gözllikdən başqa bir şey görmədim".

Bizim baxışımız ilə Xanım Zeynəbin baxışı başqadır. Əgər bizlərdən birimiz Kərbəlada olardıqsa 10 faiz ağılla baxsaydıq doğurdan da biz orada gözəlikdən başqa bir şey görməzdik. İmam Hüseyn (ə) səhnəni elə qrumuşdu ki, təsəvvür edin Xanım Zeynəb orada insanlığın ən zirvəsini gördü. Adamlığın kamilliyini gördü. İnsan nə qədər böyük ola bilər ki, 6 aylıq südəmər körpəsini əldən verəndən sonra da desin ilahi sənin razılığına görədir bunlar. 6 aylıq körpə ata qucağında çabaladığı halda İmam Hüseyn deyir ki, bu mənə asandır ona görə ki, sevgili Allah baxır.

Məsələn bu idmançılara xas olan bir şeydir ki, bir də görürsən yorulur, əzilir ya nakauta düşür, amma camaat baxır deyə yenə ayaq üstədir. İmam Hüseyn də orada deyir ki, İlahi bu mənə asandır, çünki sən baxırsan. Xanım Zeynəb də İmam Hüseynin şəxsiyyyətində adamlığın, özünü fəda etməyin, kamil həddini görür. Xanım orada görür ki, İmam Hüseyn namaz qılır, ona gələn oxlara bir nəfər sinəsi ilə sipər durur və 13 ox yarası alır. Amma yenə də deyir, vəfa edə bildimmi? Bu da fədakarlığın son həddidir.

İmam 6 aylıq körpəni Allah yolunda qurban verir, amma üzündə qəzəb görsənmir, şikayət gösənmir. Və deyir, İlahi, olsa yenə verərəm.

Xanım Kərbəlada məhəbbətin son həddini görür, qardaş-bacı, qardaşın-qardaşa, ata-övlad məhəbbəti görür. İmam Hüseynin dinə olan vəfasının, sevgisinin, itaətinin son həddini görür ki, övladlarını qurban verə-verə Allaha bir az da yaxınlaşır. Və imam Hüseynin üzünün qaralmadığını, əksinə şölələndiyini görür. Ona görə buyurur, orada gözəllikdən başqa bir şey görmədim. Gördüm ki, itaətkarlıq, insanlıq, ata-balalıq, bacı-qardaşlıq necə olmalıdır və Allaha itaətin qayəsi nədir, onu görüm.

Mirkazım Əyyubov