20 May 2024 - 20

20 May 2024 - 20

Əgər İmam Hüseyn qiyama qalxmasaydı...
09.05.2018

İmam Hüseynin hərəkatına çoxlu kitablar yazılıb, çoxlu təhlillər edilib. Əsasən üç amil qeyd edirlər. Birinci amil Əmr-be məruf və Nəyh-əz münkər, ikinci amil Yezidin imamdan beyət tələb etməsidir, üçüncü amil isə kufəlilərin imamı dəvət etməsi və imamın işə başlaması.

Biz Aşura qiyamının əsl mənbələrini mütaliə etdikdə görürük ki, bu amillər arasında ən əsas amil Əmr-be məruf və Nəyh-əz münkərdir. Çünki İmam Hüseynin öz kəlamlarına yazdığı məktublara müraciət etdikdə görürük ki, ümumiyyətlə İmam Hüseyn Yezidin beyət məsələsinə bir dəfə toxunub. O da Mədinədə ondan beyət tələb olunan zaman açıqladı, izah etdi. Ondan sonra hansı şəhərə məktub göndəribsə kimləri dəvət edibsə heç Yezidin imamdan beyət tələb etməsi məsələsinə toxunmayıb. Və yaxud kufəlilərin dəvət məsələsinə, İmam Hüseyn işə başlayandan sonra Kufə camaatı ona məktublar göndərdi. Eşitdilər ki, imam qiyam edib, gedib Məkkə şəhərinə, ondan sonra dəvət etməyə başladılar. Ondan əvvəl imam onsuz da işə başlamışdı və ayağa qalxaraq getmişdi. Həmçinin öz qiyamına doğru Məkkədə xütbələr, çıxışlar edərək insanları dəvət edirdi.

İmam Hüseyn buyurur ki, mən istəyirəm insanları yaxşılığa dəvət edim, pisliklərdən çəkindirim. Yəni bu prinsip demək olar ki, İmam Hüseynin dönəmində və o dövrlərdə tamamilə aradan getmişdi. Və bu prinsipin vacib olma dərəcəsi də cəmiyyətdə yaranan fəsadla bağlı olduğu üçün, fəsadın dərəcəsi ilə bağlı olduğu üçün bu cür təhlil etmək lazımdır. İmam Həsənin dövründə də, sonrakı imamların dövründə də bu fitnə-fəsat var idi. Amma o fitnə-fəsadın dərəcəsi və onun təhlükəsi İmam Hüseynin dövründə olan fitnə-fəsadın dərəcəsi və təhlükəsindən fərqlənirdi. İmam Hüseynin dövründəki fitnə-fəsad, dinin aradan getmək təhlükəsi, dinin aradan getmə təhlükəsi daşıyırdı. Əmr-be məruf Nəyh-əz münkəri elə bir həddə vacib idi ki, artıq İmam Hüseyn öz canından da keçməli idi. Düzdür digər imamlarımızın da dövründə vacib idi, amma canından keçmək dərəcədə vacib deyildi. İmam Hüseynin dövründə isə o qədər vacib və önəmli idi ki, əgər imam öz canından keçməsəydi yəni qaxlmasaydı qiyama demək olar ki, din aradan gedərdi.

Samir Ağayev