23 Noyabr 2024 - 23
Mənbələrdə qeyd olunur ki, İmam Hüseyn (ə) sonuncu dəfə döyüş meydanına girəndə bütün Əhli-Beyti ilə bir-bir vidalaşır. Səkinə xanım da bu vidalaşanlar içində olur. İmam (ə) onu bağrına basıb səbirli olmağı tövsiyyə edir.
Xanım Səkinə Aşura faciəsindən sonra əsirlərlə birgə Şama gətirilir. Peyğəmbər (s) səhabələrindən olan Səhl ibn Səəd Saidi nəql edir ki:
Mən Şamda idim. Əsirlər karvanı və nizələrə taxılmış başlar Şama daxil oldu. Mən nizəyə taxılmış bir tanış sima gördüm. O sima Allah Rəsuluna (s) çox bənzəyirdi. Obaşa yaxın olan və dəvəyə səvar olmuş bir qız gördüm. O əsir qıza yaxınlaşıb kim olduğlarını soruşdum. Cavab verdi: “ Mən Hüseynin qızı Səkinəyəm”
Dedim: Mənim əlimdən nə gəlir? Mən sənin babanı (s) görmüşəm və sözlərini eşitmişəm.
Dedi: “Ey Səhl kəsik başları daşayan əskərlərə de bizdən aralı getsinlər ki, bu başlara tamaşa edən insanların nəzəri Peyğəmbər (s) ailəsinin xanımlarına düşməsin”.
Səhl bin Səəd 40 dinar əskərə verib nizədə olan başları xanımlardan uzaqlaşdırır. (Xarəzmi. Məqtəlil-Huseyn. Səh-60-61).
Tarixçilər Xanımın əsirlərlə bərabər Mədinəyə qayıtmasını yazırlar. Lakin bununla belə xanımın vəfat yeri və tarixi barəsində ixtilaf vardır. Ən üstün fikir Xanımın hicri 117-cil rəbiul-əvvəl ayının 5-i vəfat etməsi və Bəqi qəbristanlığında dəfn olunmasıdır. Bəzi mənbələrdə isə Xanımın ailə quraraq Misirə getməsi, məzarının isə Dəməşqdə olması qeyd olunur.
Yaşar Nuriyev.