21 Noyabr 2024 - 21
Həzrət Əli, həzrət Əbəlfəzl haqqında buyurur ki, həqiqətən Əlinin oğlu Abbas elm və biliyi dərib. Necə ki, insan meyvəni ağacdan dərəndə mənbəyindən dərmiş olur. Bu da o cür.
Həzrət Əbəlfəzlin ən məşhur xüsusiyyətindən biri də onun şücaətidir. Amma bu o demək deyil ki, biz həzrət Əbəlfəzli yalnız şücaəti ilə tanıyaq. Düzdür həzrət Əbəlfəzl şücaətin, qeyrətin misalıdır. Amma həzrətin şəxsiyyətinin başqa sahələrini də unutmaq olmaz.
Həzrət Abbası bir cəngavər kimi, döyüşçü kimi, pəhləvan kimi tanıtdırmaq və bununla kifayətlənmək əsla olmaz. Həzrət hacətlər qapısıdır. Həzrət Əbəlfəzl gör kimin oğludur? Gör elmi və biliyi kimdən öyrənib? Gör kimlərlə böyüyüb? Atası Heydəri-Kərrardır. Qeyrəti də, elmi də, şücaəti də ondan irs aparıb.
Allah Rəsulu buyurur: “Mən elmin şəhəriyəm, Əlinin onun qapısıdır.” Elm və biliyin qapısı olan həzrət Əli buyurur ki, Abbas elmi dadıb.
Rüfət Məmmədov