23 Noyabr 2024 - 23
Peyğəmbər (s) övladları zalım Üməyyənin əlində əsir olaraq Kufəyə aparılmış, məhərrəm ayının 19-da Şam istiqamətində yola düşmüşlər.
Əhli Beyt əsirliyin 18-ci günü (ə) Bəəlbək şəhərinə daxil olur. Bu şəhər hazırda Livana məxsusdur. Bəəlbək ikinci xəlifənin zamanında xilafətin ərazisinə birləşdirilmişdi. Min bir əzab-əziyyətlə yol gələn Kərbəla əsirləri məhərrəm ayının 28-də Bəəlbəkə daxil olur. Şəhər əhalisi gələn əsirləri şadlıqla, şirniyyat, toy-bayramla qarşılayır. Onları İslam ordusuna məğlub olmuş xarici bilirlər. Onlara layiq olmayan tərzdə davranırlar. Şəhər əhalisinin bu cahilanə rəftarına dözə bilməyən Ummu Gülsüm (s) onlara nifrin edir.
Həmçinin bəzi mənbələrdə İmam Hüseynin (ə) Xulə adlı kiçik bir qızının bu şəhərdə şəhid olduğu deyilir. Çətinliklərə və əhalinin alçaq rəftarına dözə bilməyən kiçik xanım bu şəhərdə əbədiyyətə qovuşur. Hazırda məzarı Bələbək şəhərində Əhli Beyt (ə) sevərlərin ziyarətgahına çevrilib.
Y.Nuriyev /islaminsesi/