03 Noyabr 2025 - 3
Xanım Zeynəb (s.ə.) Mədinəyə daxil olar-olmaz babasının məscidinə getməyə tələsir. Nəhayət, o məscidin qapısının dəstəyindən tutub deyir: "Babacan, mən sənə qardaşım Hüseynin (ə) ölüm xəbərini gətirmişəm".
Bununla da ümmətə Hüseynin (ə) və onun ailəsinin məzlumluğunu xatırlatmaq və Kərbəladakı acı faciəni müsəlmanların qəlblərində yaşatmaq həzrət Zeynəbin (s.ə) Mədinədə gündəlik fəaliyyətinə çevrildi. Həzrət Zeynəb (s.ə.) bu fəaliyyəti ilə insanların hisslərini oyatmaq və onları zalım hakimiyyətə qarşı qaldırmaq istəyirdi. İmam Əli ibn Hüseyn Zeynul Abidin (ə) Mədinədə cəddinin risalətini ümmətə təbliğ etməklə məşğul oldu. O, babası Peyğəmbərin məscidində xütbələr, dualar oxumaqla və təlim-tərbiyə verməklə Əhli-Beytin məzlumluğunu bir daha bəyan etmişdir.
İmam Səccad (ə) su içmək istəyərkən gözü suya sataşdıqda yaş süzülməyə başlayardı. Bunun səbəbini soruşanda buyurardı: "Yezidin adamları suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları və onu susuz qoyduqları bir halda mən necə ağlamayım.?" İmam Səccad (ə) buyurardı: "Fatimənin (s.ə.) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur".
Bir gün İmam Səccadın (ə) xadimi deyir:
-Sizin qəm-qüssəniz qutarmaq bilmir.
İmam Səccad (ə) buyurdu:
-Vay olsun sənə! On iki oğlundan biri itmiş Yaqub peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki, gözləri kor oldu, qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki, onun oğlu sağ idi. Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın, qardaşımın, əmimin və on yeddi nəfər qohum-əqrabamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?"
"İmam Səccad Kərbəladan Sonra" kitabçası
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto