24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Kərbəla inqilabının səfiri: Müslim İbn Əqil
05.12.2017

Bilirik ki, Müslim ibn Əqil Kərbəla inqilabının öncülü, imamın (ə) Kufəyə göndərdiyi səfir idi. Kufə və Kərbəla hadisələrindəki bağlılıqla tanış olmaq üçün qısaca da olsa, Müslim ibn Əqilin Kufə əhlindən imama beyət, itaət əhdi almaq üçün bu şəhərə göndərilməsi haqqında danışmalıyıq. Müaviyə iyirmi illik istibdad hakimiyyətindən sonra öldü. Ondan sonra iş başına oğlu Yezid gəldi və hədə-qorxu, zor yolu ilə vəziyyətə nəzarət etməyə başladı. O, imam Hüseyni özünə beyətə, yəni hakimiyyətinin rəsmi tanınmasına dəvət etdi. Seyyidüş-şühəda imam Hüseyn (ə) bu təklifi qəbul etməyib, məxfi şəkildə bir qrup yaxını ilə Mədinədən çıxdı və Məkkədə Allah evinə sığındı. O bu münasib fürsətdən isti-fadə edərək xalqı oyatmaq istədi. Hicri altmışıncı il idi.

İmam (ə) dörd ay Məkkədə qalmaqla xalqla görüşüb danışdı, onlara Yezidə beyət olunmama-sının zəruriliyini açıqladı. İmam Hüseynin (ə) inqilaba qalxması Kufə əhlini xüsusi ilə sevindirdi. Kufə əhli ələvilərin dörd illik hakimiyyətini unutmamışdı. Bu şəhərdə Əhlibeytə vəfalı tanınmış şəxsiyyətlər vardı. Buna görə də Kufə və Bəsrənin tanınmış şiələri imama minlərcə məktublar yazdılar. Kufəlilər Həzrətin yanına Əbu-Əbdillah Cədəlinin başçılığı ilə nümayəndə heyəti də göndərdilər. İmama ünvanlanmış məktublardakı imzalar arasında Şəbəs ibn Rəbi, Süleyman ibn Surəd, Museyyib ibn Nəcbə kimi böyük şəxsiyyətlərin də imzaları var idi. Onlar imamdan xahiş edirdilər ki, xalqı özünə beyətə dəvət etsin və Kufəyə gəlib, Yezidi xilafətdən uzaqlaşdırsın.

1 İmam (ə) Kufə əhlinin israrını və dəvətlərini cavabsız qoymamaq qərarına gəldi. Kufənin vəziyyətini dəqiq öyrənmək, xalqın məhəbbətini dəqiq qiymətlən-dirmək, başlanğıc hazırlıqları görmək, inqilabi qüvvələri nizamlamaq zəruri işlər idi. Kimsə əvvəlcədən Kufəyə gedib, bu işləri yerinə yetirməli və şəhərin vəziyyətini dəqiq şəkildə imama bildirməli idi. Həzrət Hüseyn ibn Əli (ə) bu iş üçün Müslim ibn Əqili hamıdan münasib saydı. Onun həm siyasi agahlığı, həm təqvası vardı, həm də imamın yaxın qohumu idi. İmam Kufədən gələn nümayəndələrə buyurdu: "Mən qardaşım və əmim oğlu Müslimi sizinlə Kufəyə göndərirəm. Əgər xalq ona beyət etsə, Kufəyə gələrəm..." İmamın Müslimi "qardaş", "mötəbər şəxs" adlandırması onun ləyaqətindən danışır. İmam (ə) Müslimi çağırıb buyurdu: "Kufəyə gedirsən. Xalqın qəlbi-nin dili ilə eyni olduğunu görsən, əmin olasan ki, bu namədə yazdıqları kimi müttəfiqdirlər və onların vasitəsi ilə ayağa qalxmaq olar, bu barədə mənə yazırsan." İmam (ə) Müslimə tapşırdı ki, pəhrizkar və təqvalı ol, mehriban rəftar et, öz fəaliyyətlərini məxfi saxla, xalq yekdil olsa, onların arasında ixtilaf olmasa, mənə xəbər ver."1 İmam (ə) Kufə əhlinə xitabla yazdığı namə və bildirişdə aydınlaşdırırdı ki, xalqın vəzifəsi nədir. İmamın naməsi-nin mətni belə idi: "Rəhman və Rəhim Allahın adı ilə. Hüseyn ibn Əlidən mömin və müsəlman camaata. Ey Səid və Hani, sizin namələrinizlə mənim yanıma gəldilər. Onlar göndərilənlərin sonun-cuları idilər. Sizin nəzərdə tutduğunuz məqsəd və hədəflərin hamısını anladım. Əsas sözünüz budur ki, imam və rəhbəriniz yoxdur və mən tələsim. Düşünürsünüz ki, Allah sizi mənim vasitəmlə hidayət edə və bir araya gətirə. Mən qardaşım, əmim oğlu, ailəmin etimadlı şəxsi Müslim ibn Əqili sizin yanınıza göndərirəm. Ona tapşırıq vermişəm ki, sizin halınızı, işinizi, nəzərinizi mənə bildirsin. Əgər mənə məlum olsa ki, sizin böyüklərinizin, ağıl və düşüncə sahiblərinizin rəyi qasidlərinizin dediyi kimidir, məktublarda yazılanlarla uyğundur, Allahın istəyi ilə, tezliklə sizə doğru hərəkət edəcəyəm. And olsun canıma, rəhbər və imam yalnız o şəxsdir ki, Allahın kitabına əsasən hökm və əməl etsin, ədalətli olsun, haqqa təslimliklə özünü başdan-başa Allahın fərmanlarına, bağlı qərar versin. Vəssəlam."1 Müslimin ezam olunması, bu məktubun Kufəyə göndərilməsi bütün namə və dəvətlərin cavabı idi.

İmamın məktubu-nun mahiyyəti bir neçə əsas üzərində qurulmuşdu: 1. Müslimin qardaş, əmioğlu, etibarlı nümayəndə kimi tam şəkildə təsdiqi;2. Kufədə xalqın vəhdətinə, birliyinə münasibətdə Müslimin məs-uliyyət dairəsi; 3. Höccətin tamamlanması ünvanı ilə təkrar dəvətlərə cavab; 4. Xalqın Müslimə itaətə və onun himayəsinə dəvəti. Müslim iki bələdçi ilə Məkkədən Kufəyə hərəkətə başladı. Bir neçə gün ardıcıl yol getdilər. həmin iki bələdçi yolda susuzluqdan həlak oldu. Müslim Qeys ibn Müsəhhər Seydavəri, Əmmarə ibn Əbdüllah Ərhəmi ilə yolun üzücü məşəqqətlərini adlayıb, iyirmi gündən sonra özünü Kufəyə çatdırdı. Beləcə, otuz günlük yol iyirmi günə qət olundu. Artıq Müslim hadisələrlə, macəralarla dolu, müxtəlif cərəyanların tüğyan etdiyi şəhərlə üzbəüz dayanmışdı. Şəhərin zahiri aramlığı dənizin tufandan qabaqkı aramlığının eyni idi. Müslim Kufəyə daxil oldu və Həzrət Əlinin (ə) xalis şiələrindən və Əhli-beyt (ə) aşiqlərindən olan Muxtar Səqəfinin evinə getdi.

Cavad Mühəddisi