29 Oktyabr 2025 - 29
Sual: Bəzi möminlər Məhərrəm və Səfər aylarına uyğun olmayan əməlləri icra edirlər. Bu əməllərdən evlənmək, yeni evə köçmək, ev əşyalarının dəyişdirilməsi, bədən və libasın zinətlənməsi, yaxud yeni layihələrə başlamaq və bu kimi işləri misal çəkmək olar. Bütün bunların şəri hökmü nədir?
Cavab: Deyilən işlər qeyd olunan vaxtlarda haram deyil. Ancaq gərək sevinmək və zinətlənmək kimi işlər Aşura gününün əzəmətini aradan aparmasın. Bəli, insan gərək vacib zərurət tələb etmədiyi hallarda bu kimi işləri Əhli-beytin (ə) fəlakətlərində və onların kədərləndiyi günlərdə etməsin. Bu kimi işləri zərurət olmadığı hallarda Əhli-beytin (ə) hüzn və kədəri ilə müşayiət olunmayan günlərdə etsinlər, özləri üçün hüzn və əzadarlıqdan başqa vaxtları seçsinlər.
Ayətullah Sistani
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto