21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu?
10.11.2018

Əsləm ibn Əmr İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) şəhadətindən sonra xidmətə götürdüyü şəxsdir. İmam Hüseyn (ə) onu İmam Səccada (ə) köməkçi kimi təyin etdi. (Erfan)

Əsləmin peşəsi İmam Hüseynin (ə) katibliyini etmək idi. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət edən zaman o da İmamın bayrağı altında olan ənsarlardan idi. Sonra da İmamla bir yerdə Kərbəlaya gəlir və Aşura günü şəhid olur.

Bu vəfadar xidmətçi döyüşə getmək icazəsini almaq üçün İmamın yanına gəlir. Həzrət buyurur: “Oğlum Səccaddan (ə) izn istə”. O, İmam Səccaddan (ə) icazə alır və çadırlardakı ailələrlə vidalaşır. Sonra döyüş meydanına tələsir və 70 nəfəri cəhənnəmə göndərir.

İmam Səccad (ə) öz çadırından onun döyüşməyinə tamaşa edirdi. Bu xidmətçinin onları müdafiə etmək üçün qiyam etməsinə görə qürur duyurdu. Vəfadar xidmətçi cihad döyüşündən sonra İmam Səccadın (ə) yanına qayıdır və onunla viladalaşır. Sonra meydana qayıdır. Bu dəfə susuzluğun şiddətindən və çoxlu dərin yaralarına görə yerə yıxılır. İmam onun başı üstünə gəlir və çox ağlayır. Mübarək üzünü onun yanağına qoyur. Əsləm Allah yolunda beləcə canını qurban verir.

Deyerler.org