21 Noyabr 2024 - 21
Kufəlilərin imama (ə) yazdığı çoxsaylı dəvət məktubları həzrəti (ə) vadar etdi ki, vəziyyəti və xalqın hazırlığını dəqiq qiymətləndirmək üçün oraya xüsusi bir nümayəndə göndərsin. İmam (ə) Kufəyə Müslim ibn Əqili göndərdi. Müslim Kufəyə gəlib İmamın (ə) naməsini xalqa oxudu və onlardan cavab gözləməyə başladı. İlk məclisdə Kufə şiələrindən olan Əbbas Şakəri alovlu bir nitq söylədi, sonra Müslim ibn Əqilə dedi: «Həmd olsun Allaha. Mən xalq haqqında bir söz deyə bilmərəm. Çünki onların qəlblərindəkiləri bilmirəm. And olsun Allaha, mən sənə öz nəzərimi və hazırlığımı bildirirəm. Əgər çağırsa-nız, səsinizə səs verəcəyəm və sizinlə birlikdə düşmənlərinizlə vuruşacağam. Allahın görüşünə nail olana qədər sizin qarşınızda düşmənə qılınc çalacağam və bu işdə Allahdan başqa kimsədən bir şey gözləmirəm...» Seçim məqamı çatmışdı. Hazırlığı bildirməklə yanaşı əməl də lazım idi. Əbbasın çıxışından sonra Həbib ibn Məzahir ona xitabla dedi: «Sanki bizim dilimizdən danışırsan. Allah sənə rəhmət etsin! Qəlbində olanları qısa şəkildə dedin. And olsun bir olan Allaha! Mən də onun bəyan etdiyi əqidədəyəm».1 Müslim həmin günlər Muxtar Səqəfi-nin evində olurdu. İnsanlar ardıcıl şəkildə Muxtarın evinə axışıb, Müslim ibn Əqillə Hüseynə (ə) yardım haqqında beyət edirdilər. Həbib ibn Məzahir və Müslim ibn Ovsəcə hökumət casuslarından gizli şəkildə Müslim ibn Əqil üçün xalqdan beyət alırdılar. Onlar bütün varlıqları ilə imam Hüseynin (ə) rəhbərliyi altında baş verəcək hərəkat üçün çalışırdılar. Kufənin yeni hakimi İbn Ziyad şəhərə gəldiyi vaxt və hökumət işlərini ələ aldıqdan sonra beyət məsələsi çətinləşdi. Həbib isə əvvəlki tək Müslimin hərəkatı yolunda səy göstərirdi. Amma vəziyyət çətinləşdik-dən sonra xalq Müslimin ətrafından dağılışmağa başladı. Bu vaxt Həbib ibn Məzahirin və Müslim ibn Ovsəcənin də tayfası bu iki şəxsi İbn-Ziyadın qəzəbindən qorumaq üçün gizlədilər. 2 Çünki İbn-Ziyad bu hərəkatın fəal-larını axtarıb tapır, ya zindana salır, ya da edam etdirirdi.