23 Noyabr 2024 - 23
İmam Hüseyn (ə) Aşura gecəsində çıraqları söndürtdürür və deyir: "Hamınız gedə bilərsiniz. Beyətimi götürdüm sizdən. Hamınızı azad edirəm". Gecəni özünüz üçün qənimət bilin. Üz-üzə, göz-gözə gəlməyək ki, birdən məni görüb utanarsınız. Heç bir məsuliyyətiniz yoxdur"
Amma onlar nə dedilər? "Ya Əba Əbdillah hara gedirik? Biz səndən sonra yaşamağı heç vaxt arzu etmirik. Həyat səndən sonra haramdır bizə. Biz səni burada heç vaxt tək qoyub getmərik".
Ondan sonra İmam Hüseyn onları salamladı və buyurdu ki, mənim əshabım və mənim Əhli-beytim bütün əshablardan və Əhli-beytdən üstündür və xeyirlidir.
Tarixin ən ali medalı ilə onları təltif etdi. İmam Hüseynin əshabı peyğəmbərin də əshabından üstündür. Heç bir əshab İmam Hüseynin əshabı qədər vəfalı və xeyirli deyil. Nə üçün? Bir müqayisə edək. Peyğəmbər əshabı cihad meydanına gedəndə ən azı ümid var idi ki, bunlar sağ qalarlar. Və ümid var idi ki, qələbə çalarlar. Yəni qələbə üçün gedirdilər. Amma İmam Hüseynin əshabı üçün qələbə şansı yox idi. Ümid yox idi sağ qalsınlar. Bunu dəqiq bilə-bilə onlar cihad meydanına getdilər. Öz canlarını Allaha təqdim etdilər. Ona görə ən xeyirli və üstün əshabdırlar.
Samir Ağayev