21 Noyabr 2024 - 21
Kərbəlada baş verən hadisələr, Aşura günü imamın səhabələrinin bir-bir gedib şəhadətə yetişməklərində özünə məxsus bir gözəllik var idi. Yəni şəhidlərin öz həqiqi eşqlərini imamlarına bəyan etmələri gözəllik idi. Bunları ayırd etmək bir az çətindir.
Amma insana təsir edən, xüsusilə insan olaraq bizə təsir edən məqamlardan biri budur ki, İmam Hüseynin bacısı Xanım Zeynəb bütün şəhidlər üçün oxşayıb-ağlamasına baxmayaraq öz iki övladının cəsədləri xeyməsinin qarşısına gətiriləndə xeymədən çıxmadı.
İmam Hüseyn bu hadisəni görəndə xanımın çadırına yaxınlaşır və görür ki, həzrət Zeynəb çadırın içərisində əlini səmaya qaldırıb belə dua edir: “İlahi, bu kiçik qurbanları məndən qəbul et”.
Bunlar insanın qəlbini yandıracaq səhnələrdir. Düzdür, həzrət Əbəlfəzlin hadsəsi daha da faciəlidir. Çünki Əbəlfəzlin şəhid olması İmam Hüseynə olduqca pis təsir etdi və imam əlini belinə qoyub dedi ki, artıq belim qırıldı. Qardaşının itkisi İmam Hüseyn üçün çox çətin oldu.
Amma bir bacının qardaş itkisinə görə səbri, eyni zamanda bir xanımın şücaəti və səbri çox böyük dərsdir. Yəni bu, çox geniş və müzakirə olunacaq mövzudur. Xanım Zeynəb burada bu hərəkəti ilə nələri demək istəyir, bizə nəyi başa salmaq istəyir... Bu səhnələr insana çox təsir edir.
Şəhadət Heydərov