23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Həzrət Abbasın möhkəm iman sahibi olmasını İmam Səccad təsdiqləyib
21.12.2018

Həzrət Əbəlfəzl Abbas Kərbəlada şəhid olmamışdan qabaq üç məsumla birlikdə olub. Biri qardaşı İmam Hüseyn, ikincisi qardaşı oğlu İmam Səccad, üçüncüsü isə bəzi tarixçilərin yazdığına görə İmam Baqir. Çünki bəzi mənbələrə əsasən, İmam Baqir Kərbəla hadisəsində iştirak edib və bu zaman beş, yaxud altı yaşı olub.

Tarixi mənbələrdə var, mütaliə edərkən mənim də rastıma çıxıb ki, İmam Səccad, İmam Sadiq və hətta İmam Mehdi həzrət Abbas barədə fikir bildiriblər.

İstərdim İmam Səccadın həzrət Abbas haqqındakı fikrini deyim. Hədisi bütöv şəkildə oxumuram, sadəcə İmam Səccadın Aşuradan sonra əmisi Abbası yada salarkən söylədiyi fikirlərin bəzilərinə toxunacağam.

İmam həmin hədisdə əvvəlcə əmisi Abbası rəhmətlə anır. Buyurur, Allah əmimə rəhmət etsin. Sonra buyurur, əmim fədakar idi. İmamın hədisdə əmisi Abbas üçün buyurduğu ikinci xüsusiyyət vəfadarlıqdır. Üçüncü olaraq buyurur ki, əmim Abbas möhkəm iman sahibi idi.

Bilirsiniz, çox maraqlıdır, Kərbəla hadisəsinə biz işarə edəndə çox vaxt həzrət Abbasın Kərbəlada iştirak etdiyi döyüş səhnələrindən danışırıq. Şücaətlərindən danışırıq, məsələn deyirik burada bu cür qılınc çaldı, bu sözü dedi, qoşunu yardı, Fəratdan su gətirdi, susuzluqdan nalə edən uşaqları susuzluqunu yatızdırdı və sair. Amma onun bəzi şəxsi keyfiyyətlərinə, pixoloji, insani keyfiyyətlərinə işarə etdiyimiz zaman, doğrudan da, möhkəm iman məsələsinin daha çox önəm daşıdığının şahidi oluruq.

Fariz İsmayılov