21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Xanım Zeynəbin davranışları müsəlmanlara dərs öyrədir
26.12.2018

Xanım Zeynəb ac-susuz, yuxusuz, vurulmuş-döyülmüş halda dəvənin üstündə əsir kimi aparılırdı. Min cür istəyi ola bilərdi. Amma o, şəhərə girəndə Şimrdən öz hicabını istəyir. Xanım bununla müsəlmanlara, "La ilahə iləllah" deyənlərə, Hüseyn-Hüseyn deyənlərə dərs öyrədir.

Deyirik İmam Hüseyni həqiqi mənada tanıyıb onun üçün ağlayaq. Əgər həqiqi mənada tanıyıb ağlasaq, o ağlamağa behişt vacibdir. Yəni insan gərək mərifətli olub özünü onlara qoşa. Yoxsa İmam Hüseynin buyuruqlarının əksinə əməl edib sonra gəlib onun üçün ağlayasan, bunun faydası olmaz.

Xanım Zeynəbin Şamda ən güclü xütbəsi həmin xütbə idi ki, bəzi alimlər deyirlər xanım orada həm siyasi, həm elmi, həm də fəlsəfə bəhslər edib. Buyurur, ay müşrik kişinin oğlu və nəvəsi, sənin baban Əbu Süfyanı Peyğəmbər Məkkəni fəth edəndə azad etdi və sənin baban Əbu Süfyan müşriklərin içində Peyğəmbərin əli ilə azad olmuş insanlardan idi. Budur sənin ədalətin ki, öz qadınlarını pərdə arxasında saxlayırsan. Amma Peyğəmbərin Əhli-beytini üz-gözü açıq şəkildə bura gətiribsən, budur sənin ədalətin?!

Əli Əkbər Ocaq Nejat