21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Həzrət Abbas Əhli-beyti həqiqi mənada tanımışdı
03.01.2019

Həzrət Abbas nəinki Kərbəlada, ondan əvvəl də yeniyetmə vaxtlarında, İmam Hüseynin kənarında ayaq açıb yeridiyi vaxtdan bəri o Əhli-beyt aşiqi idi. Və o Əhli-beyti tanımışdı. Onu Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya gətirən Əhli-beyti dəqiq tanıması və Əhli-beytin məqamını dərk etməsi idi. Bu onun uzaq görənliyi və dərkindən asılı idi. Çünki o bilirdi, kim Əhli-beyt ilə bir yerdədirsə və Əhli-beytlə eyni zamanda addımmlayırsa onun bu dünyası da var, axirəti də var. Və buna görə də həzrət Abbasa o müddətdə olan heç bir təziq təsir etmədi.

Siz təsəvvür edin başqa döyüşlərə baxdığmız zaman, imamların həyatına baxdığımız zaman, böyük-böyük sərkərdələr sadə bir təklifin qarşısında, pulun və ya hansısa məqam qarşısında satılırdılar.

Hətta İmam Həsəni öldürməyə belə qalxdılar. İmam Həsənin ətrafındakı qoşunun sayı 100 nəfər deyildi, minlərlə insan var idi. Bəlkə də İmam Həsənin ətrafına toplaşıb qətiyyətlə vuruşsaydılar Müaviyəyə qalib gələ bilərdilər. Amma İmam Hüseynin qoşununda yüz neçə nəfər var idi. Bu qoşun da deyil, karvandır. Mədinədən Kufəyə dəvət olunan bir karvan. Onların içində körpə də var, qadın da var, qız da var, yaşlı da var, qoca da var, ağsaqqal da var. Bu karvandır, qoşun deyil. Həzrət Abbas bunların hamısını nəzərə alaraq Əhli-beytin məqamını dəqiq tanıyaraq, o uzaqgörənliyi ilə Əhli-beytin yanında durdu, axıra qədər İmam Hüseyni tək buraxmadı və şəhid oldu.

Fariz İsmayılov