21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Allah İmam Hüseynin inqilabını fəcrə, aydınlığa bənzədib
04.01.2019


Məhərrəm elə bir aydır ki, bu ayda qan qılınca qələbə çalıb. Bir aydır ki, adı İmam Hüseynin adı ilə, inqilabı ilə bağlıdır. İmam Hüseynin şəxsiyyəti Qurani-Kərimin bizə öyrətdiyi nümunəvi bir mömin şəxsiyyətinin təcəllası və təzahürüdür. İmam Hüseyn elə bir insandır ki, İlahi dəyərlərin uğrunda əlində olan hər bir əzizini, övladını, canını, vücudunu Mütəal-Allaha təqdim edib.

Bilirsiniz, Qurani-Kərimin surələrindən biri "Fəcr" surəsidir. Bu surə haqqında İmam Sadiq buyurur: “Vacib namazlarınızda, müstəhəb namazlarınızda da "Fəcr" surəsini oxuyun. Ona görə ki, bu surə İmam Hüseynin surəsidir. Onu oxuyun”.

"Fəcr" surəsi fəcr sözü ilə başlayır. Mütəal-Allah burada fəcrə and içir. Fəcr dan yeri deməkdir. Sübh çağı ki, dan yeri sökülür, buna fəcr deyirlər. Yəni zülmət bir qaranlıqdan sonra, zülmət bir gecədən sonra gündüzün başlanğıcı fəcrdir. İmam Sadiq buyurur ki, Fəcr İmam Hüseynin şərəfinə nazil olan surədir. Sanki Hüseyn ibn Əlinin inqilabı ilə, hərakatı ilə zülmətlərə işıq düşdü. Yəni Bəni-Üməyyənin zülmündən, fəsadından sonra bir dan yeri söküldü.

Surənin axırında bir neçə ayə var, çox tərvaətlidir və xüsusidir. Surənin axırında Allah buyurur: “Ey mütməin və aram nəfsin, ruhun sahibi, qayıt öz Rəbbinə tərəf. Bir halda ki, Rəbbin səndən razıdır və sən də Rəbbindən razısan. Mənim bəndələrimin cərgəsinə daxil ol və mənim cənnətimə daxil ol”.

İmam Sadiq buyurur ki, bu ayələrin mistaqı Hüseyn ibn Əlidir.

Sərdar Hacıhəsənli