29 Oktyabr 2025 - 29
Xanım Zeynəbin kimliyi İmam Hüseynin şəhadətindən daha qabarıq biruzə verir. Əsirlər, Yezidin (l) sarayı və bütün bu mərhələlərdə olan çətinliklər xanımın kimliyini bir daha dünayay nümayiş etdi. Ən ekstrimal şəraitdə, ən ağır vəziyyətdə, ən çətin zamanda belə öz vəzifələrini yerinə yetirir. Bir tərəfdən döyüş gedir, oğulları şəhid olur, bir tərəfdən Hüseynin bacısı olaraq ağır uşaq və qadınların yanında məsul şəxsdir. Və zamanı gəlir döyüşdən sonra bibi kimi səhnəyə çıxır. Uşaqlar susuz, ağır vəziyyət, Əbəlfəzl kimi qardaşını itirib. Bütün bunlara diqqət edəndə, nəzər salanda adam dəhşətə gəlir.
Xanımın şəxsiyyəti ilə bağlı bəzi nöqtələri qeyd edim. Həzrətin səbri barədə yazırlar ki, səbrin canlı heykəlini yaratdı. Biz Kərbəlada Xanım Zeynəbin mübarək şəxsiyyətində görürük ki, nə qədər mümkündür və səbrlilik nədir, o xanım bizə göstərir. Şəhid Mütəhhəri bu haqda yazır ki, İmam Hüseynin hərakatında hamıdan çox dözüm və səbr dərsini verən bacısı Xanım Zeynəb olmuşdu.
İlqar İbrahimoğlu
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto