21 Noyabr 2024 - 21
Sual: İmam Hüseynin (ə) əza məclislərində ələm gəzdirmək, onu məclisin ortasında yerə sancmaq və ya məclisin baş tərəfində qərarlaşdırmaq nə dərəcədə düzdür və ya bunun hökmü nədir?
Cavab: Ayətullah Xomeyni, Ayətullah Təbrizi, Ayətullah Lənkərani, Ayətullah Şirazi, Ayətullah Sistani: Heç bir iradı yoxdur.
Ayətullah Xamineyi: Özü özlüyündə iradsızdır. Heç bir maneəsi yoxdur. Amma bu iş dinin (məzhəbin) əsaslarından sayılmamalıdır.
Ayətullah Safi Gülpayqani: Bayraq gəzdirmək əzadarlığın ünsürlərindən sayılır heç bir məneəsi yoxdur.
Ayətullah Nuri Həmədani: Orta həddə istifadə olunsa maneəsi yoxdur.
Ələddin Məlikov