21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Azadəlik mayakı Həzrət Zeynəb (s)
18.01.2019

Kərbəla müsibətini dünyaya aşkar edən, zalım saraylarını sarsıdan həzrət Zeynəb (ə)! Lənətliklərin acıq vermək, şəmatət etmək cəhdlərinə "Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim" - deyən Zeynəb…

Yezid lənətliyi susduran, onu öz əlaltılarının yanında rüsvay edən Zeynəb! İlahi məhəbbətinin gücü, əzmi, fədakarlığı, nəcabəti, izzəti ilə yezidləri xar edən, aşağılayan Zeynəb (ə)… Xanım Zeynəb Yezid lənətliyi o dərəcədə rəzil etdi ki, əvvəldə "yaxşı aldım ata-babamın qisasını Peyğəmbərdən" deyən bu məlun, sonda "mən bunu istəmirdim, xəbərim olmayıb" kimi qorxaq mövqeyə də əl atmağa cəhd etdi, özünü təmizə çıxarmağa səy etdi. Və çox çəkmədi ki, etdiyi cinayətlərin hələ bu dünyadaca əvəzini almağa başladı… Bəs kiçik balalar?! Onların gözü qarşısına gətirirdi kəsilmiş başları Allah düşmənləri ki, itkinin acısını artırsın… Bəşər görməyib belə zülmü! Amma nə edə bildi düşmən?! Zərrədək təslim etdirə bilmədi bu kiçik balaları belə… Kimdir bu cəhənnəm əhlini xatırlayan?! Kimdir bu lənətlik yezidlərin, Şümrlərin, Ömər Sədlərin, İbn Ziyadların, Hərmələlərin, özünə əbədi atəşi vacib etmiş minlərlə digər bəşəri canilərin adını lənətsiz çəkən?! Amma Ruqəyyələri, Səkinələri, onlarla digər qəhrəman balaları hamı necə məhəbbətlə yad edir, onları öz İlahi məhəbbətinə vəsilə qərar verir…

Dövr edəcək çərxi-fələk, dəyişəcək dünyanın gərdişi. Amma hicrətin 61-ci ilində susuz səhrada yazılmış bu müqqədəs vücüdi əsər heç zaman unudulmayacaq… Allaha məhəbbətdən, insana məhəbbətdən, bəşəriyyətə məhəbbətdən, kamal adına nə varsa, ona məhəbbətdən yoğrulan bir ixlaslı salnəmə hər zaman dünyanın hər bir yerində yaşayan azadxah insanlar üçün sönməz bir hürrlük rəmzi, azadlıq mayakı, azadəlik mayakı olacaqdır…

İlqar İbrahimoğlu