21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ömər Səd o sübh namazına diqqətli olsaydı...
25.01.2019

Ömər Sədə dedilər ki, Yezid sənə məktub yazıb. Rey mülkünü sənə verəcək get fikirləş. Ömər Səd ondan qabaq İmam Hüseynlə görüşüb xeyli söhbət etmişdi. Sonra İbn Ziyadla danışdı və gəldi evə fikirləşməyə. Oturub Rey kağızı əlində fikirləşir. Sübh azanı olur Allahu-Əkbər nidası gəlir. Alimlər deyirlər əgər Ömər Səd orada namaza diqqətli olsaydı namazdan qafil olmasaydı o şərtə razı olmayacaqdı. Deyirlər azan bitir, bu da hələ fikirləşir. Sonda deyir ki, Yezidin verdiyi fərman nəğd olaraq əlimdədir, amma İmam Hüseynin verdiyi vədlər, dediyi sözlər nisyədir. Ona görə də nağdı qoyub nisyə dalınca qaçmaq olmaz. Amma baxanda görürük ki, Ömər Səd İmam Həsənlə, İmam Hüseynlə birlikdə böyümüşdü. Amma sonda gəldi-gəldi İmam Hüseyni tanıdığı halda qətl etdi. İmam Hüseynin başının gətirilməsi üçün ağlaya-ağlaya fərman verir. İmam Hüseynin üstünə qoşun töküləndə Xanım Zeynəb deyir ki, Ömər Səd bəs sən hara baxırsan, görmürsən Hüsyenin üstünə hücum edirlər, görmürsən Hüseynə əziyyət verirlər? Xanım o anda da istəyirdi insanları qəflətdən oyatsın. Məhərrəmliyin mahiyyəti budur ki, bizdə olan qəflət hissini ayıltsın. Sanki biz paslanmış vəziyyətdə gəlirik məhərrəmliyə, İmam Hüseynin əzadarlığına ki, orada o qəflətdən ayılaq.

Rauf Hüseyn