24 Noyabr 2024 - 24
İmam Səccad (ə) buyurur ki, müsibət zamanı səbr etməyi bacarmaq lazımdır. Tarixdə Kərbəla və Aşuradan böyük bir müsibət yoxdur. Aşura elə bir müsibətdir ki, xanım Zeynəb onun qarşısında səbir etdi.
Bəzi tarixçilər yazırlar ki, İmam Səccad 40 il, bəziləri 30, bəziləri də deyir 33 il o müsibətə səbr etdi. Amma Aşuranın təbliğindən geri qalmadı.
Tarixçilərin bəziləri yazır ki, ən çətin dövr İmam Səccadın dövrü olub. Elə bir dövr idi ki, imam minbərə çıxıb atasının, cəddinin Kərbəlada başına gələn müsibətləri danışa bilmirdi. Hətta camaatı başına yığıb hədis belə oxuya bilmirdi. İnsanları tərbiyələndirmək, minlərlə tələbə yetişdirmək mümkün deyildi. Çünki elə bir qorxulu zaman idi ki, edə bilmirdi.
Amma İmam Səccad kadr yetişdirdi, xüsusi şagirdlərini yetişdirib insanların arasına göndərirdi.
Bəzi tarixçilər yazırlar ki, İmam Səccad o müsibətə həm səbr etdi, həm də iki vasitə ilə Aşuranı 40 ilin içində insanlara çatdırdı. Biri bu idi ki, üzüyünün qaşına yazdırmışdı ki, "Ən zülmkar insana, Yezidə, Allahın lənəti olsun". İkinci isə tarixçilər nəql ediblər ki, imam hara gedərdisə qarşısına su, yemək qoyularkən ağlayardı.
Kərbəlayi Mahir