23 Noyabr 2024 - 23
Aşura günü söz müstəvisindən əməl müstəvisinə keçid edilir. İmam Hüseynin (ə) buyurduğu sözləri hər kəs əməli formada, praktik formada həyata keçirir. Bir Aşura qəhrəmanlıq və izzətlilik məktəbinin əsası qoyulur burada. Bu mərhələ o vaxta qədər davam edir ki, Aşuranın əsr vaxtı yetişir, Əba Əbdillah (ə) öz Rəbbinə qovuşur. Bir bəşəri faciə yaşanır burada. Amma, eyni zamanda, əsrlərə yönəlik bir dönməzlik və şücaət abidəsi qoyulur. Haqqın nahaqqa qarşı duruşu var idi Kərbəlada. Və bu duruşun bütün qeyri-bərabərliyinə baxmayaraq, Haqq təmsilçisinin zahirdə həlak edilməsinə, üzərindən atların çapılmasına, hər cür vəhşiliklərə məruz qalmasına baxmayaraq, nahaqq üzərində sarsıdıcı və birmənalı qələbə çalmasını gördük.
Kəmiyyətin böyük əhəmiyyət daşımamasına və həlledici amil olmaması sübuta yetdi. Aşurada sayı 100-dən çox olmayan, amma 30 minlik azğın qoşunun qarşısında öz qanları ilə yenilməzlik, sədaqət, əhdə vəfa, şəfqət, fədakarlıq, qeyrət salnaməsi yazan insanların qəhrəmanlıq eposu var idi. Sonadək əyilməyən, ağlagəlməz imtahanlardan ən şərəfli durumda çıxan sadə insanların bir İlahi əhvalatı var burada... Nə qədər nümunələr var Aşurada! Düşmən sarsılmışdı bu qəhrəmanlıqdan! Bu yenilməzlik və qəhrəmanlıqlar sanki daha da azğınlaşdırmışdı düşməni. Çünki bu qurbanlar daha da güclü hiss edirdi, daha da çox duyurdu öz rəzilliyini, acizliyini, gücsüzlüyünü
fədakarlıqlar fonunda bu eşq, bu məhəbbət fonunda zəlil olmuş düşmən…
İlqar İbrahimoğlu