23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Biz Kərbəlanın fədakarlıq, qəhrəmanlıq yönlərinə daha çox yer verməliyik
30.01.2019

Biz Kərbəlaya dair yalnız məzlumiyyət şüarlarını səsləndirməməliyik. Qələbə, fədakarlıq, şücaət, qəhrəmanlıq, həzrət Əbəlfəzlin suyu ovucuna alıb içməməsinin necə böyük bir sədaqət simvolu olmasını qabartmalıyıq.

Bir insan həqiqətən əgər öz rəhbərinin arxasınca gedirsə, bu cür sədaqətli olmalıdır. Bu onun tək döyüşçü vəzifəsi deyildi, həm də insani borcu idi.

İmam Hüseynin əhli-əyalını özü ilə aparması onun sədaqətini göstərir. Yəni, tutaq ki, öz əhli-əyalını ən yaxşı şəraitdə yaşadıb, özü isə müəyyən mübarizə şüarları səsləndirsə idi insanlar onun səmimiyyətinə inanmazdılar. Amma görəndə ki, bu şəxs bütün sevdikləri ilə, hər şeyi ilə mübarizəyə daxil olub insanların etimadı daha da çoxaldı.

Biz bu gün bunu qabartsaq, həm Kərbəlanı layiqincə tanıtmış olarıq, həm də Kərbəlanın daha çox bəhrə verməsinə vasitə olmuş olarıq.

Əxlaq fərdi bir şey deyil. Əxlaqın fərdi tərəfi olduğu kimi, ictimai tərəfi də var. Məsələn, bu gün mən ehtiyaclı birinə kömək edirəm və ya birinə yol verirəm, bu mənim fərdi əxlaqımdır. Amma bir də var, mən ədalətə riayət edirəm, insanların hüquqlarını qoruyuram, haqsızlıqa etiraz edirəm - bunlar mənim ictimai əxlaqımdır.

İmam Hüseyn birinci özü hücum etmədi, əksinə o, məcbur qaldıqdan sonra Məkkəyə doğru yola çıxdı. Ondan Yezidə beyət etməsini istədilər, imam buyurdu mən bu əlimi beyət üçün zəlil formada uzatmaram. Nə də ki, kölə kimi onun rəhbərliyini qəbul etmərəm. Bu, İmam Hüseynin ictimai əxlaqı idi ki, orada göstərdi.

Təbriz Qasımov