24 Noyabr 2024 - 24
İmam Səccadın (ə) Mədinə qiyamçıları ilə həmkarlıq etməməsinin səbəblərini belə xülasə etmək olar: Vəziyyəti araşdırmaqla və İmam Hüseynin (ə) şəhadətindən sonra meydana gəlmiş dəhşətli represiyanı nəzərə almaqla İmam Səccad (ə) Mədinə qiyamının məğlubiyyətini təxmin etmişdi. İmam fikirləşirdi ki, əgər bu qiyama qoşulsa nəinki qalib gəlməyəcək, hətta özü və dostları da öldürüləcəklər. Axırda da heç bir nəticə olmadan şiənin qalan qüvvəsi də itib batacaq.
Abdullah ibn Zübeyrin keçmiş fəaliyyətlərini və eləcə də onun qiyamçılar arasındakı nüfuzunu nəzərə almaqla başa düşmək olar ki, bu hərəkat əsl şiə hərəkatı ola bilməzdi. İmam Səccad (ə) istəmirdi ki, hakimiyyət arzusunda olan Abdullah ibn Zübeyr kimi bir şəxs onu qələbə üçün vasitə qərar versin. Qiyamçılar Abdullah ibn Hənzələni özlərinə rəhbər təyin etmişdilər. Bu işdə onlar imamın rəyini də heç nəzərə almadılar. Düzdür, qiyamın başçıları yaxşı və pak adamlar idilər və onların Yezidin hakimiyyətinə qarşı çıxışları tamamilə düzgün idi, ancaq məlum olur ki, bu qiyam təmiz şiə hərəkatı olmamış və qələbə çaldığı təqdirdə şiələrin xeyrinə nəticələnəcəyi məlum deyildi. Sanki bu səbəbləri nəzərə alaraq İmam Səccad (ə) əvvəldən qiyamçılara qoşulmadı.
Digər tərəfdən də, Kərbəla hadisəsinin ümumi fikirlərdəki nəticəsinin Yezidə baha başa gəldiyi üçün o (Yezid) Müslim ibn Üqbəyə tapşırdı ki, İmam Səccad (ə) ilə heç bir işi olmasın.
Mehdi Pişvayi