29 Oktyabr 2025 - 29
Xanım Zeynəbin (s) yüksək məqamını dərk etmək üçün Kərbəladan sonra yaşanmış səhnələrə nəzər salmaq çox önəmlidir. Kərbəladan sonra əsir alınmış Əhli-beyt (ə) ailəsi İbn Ziyadın (lən) sarayına gətirilir. İbn Ziyad (lən) Xanım Zeynəbə (s) ünvanlayaraq deyir: “Gördünmü, Allah ailənizin başına nə gətirdi?”. İbn Ziyadın (lən) nəfsani məntiqinə görə hadisə elə bu cür olub. O, hesab edirdi ki, Kərbəla şəhidləri öldürüldü, başları nizələrə vuruldu, Əhli-beytin (ə) əyalı əsir düşdü və s. O, öz dünyəvi müstəvisində hadisələri bu cür qanır. Onun tutumu budur. Həzrət Zeynəb (s) buyurur: “Mən (Kərbəlada) gözəllikdən başqa heç bir şey görmədim”. Xanım Zeynəbin (s) məntiqi - gözəllik məntiqidir. Kərbəla - Xanım Zeynəb (s) üçün bir Allah dərgahıdır. Oraya gələnlər Allah bəndələridir. Ora gələnlər də Allahın hüzuruna gəliblər və Allaha ən gözəl, bəyənilmiş şəkildə qovuşublar. Xanım Zeynəb (s) da bu qovuşmada yalnız gözəllik görür. Çünki, Xanım Zeynəbin (s) məntiqində başlanğıcda Allah var, son da Allahadır. İbn Ziyad (lən) tör-töküntülərinin isə məntiqi tamamilə fərqlidir. Bəziləri qəflətdədir, bəzilərinin də vəziyyəti elə bu cür rəzildir.
İlqar İbrahimoğlu
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto