24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

İmam Səccadın ibn Ziyadla söhbəti
15.02.2019

Bəni-Üməyyə hökuməti Cəbriyyə məzhəbindən istifadə edir və öz günahlarını Allahın iradəsi ilə əsaslandırırdılar. Bu yolla da camaatın fikrini azdırırdılar. İmam Səccad (ə) və Xanım Zeynəb (ə) düşmənin bu hiyləsindən xəbərdar olduqları üçün ona qarşı ciddi mübarizə aparırdılar. Bu mübarizənin bariz nümunələrindən biri İmam Səccadın Kufədə İbn Ziyadla söhbətidir.

Əhli-beyt əsirlərini İbn Ziyadın sarayındakı ümumi məclisə gətirdikdən və Xanım Zeynəb ilə İbn Ziyad arasında kəskin söz-söhbət getdikdən sonra İbn Ziyadın gözü İmam Səccada sataşdı və dedi: “Bu kimdir?”

Məclisdəkilərdən bəziləri dedilər: “Əli ibn Hüseyndir.”

İbn Ziyad: “Məgər Allah Əli ibn Hüseyni öldürmədi?”

İmam Səccad: “Mənim qardaşım var idi camaat ona da Əli İbn Hüseyn deyirdi. Siz onu öldürdünüz.”

İbn Ziyad: “Yox onu Allah öldürdü.”

İmam Səccad: "Allah əcəli çatan kimsələrin, canlarını ruhlarını onlar öldüyü zaman ölməyənlərin hələ əcəli çatmayanların canlarını isə yuxuda alar. Çünki yuxu da ölüm kimi bir şeydir yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir.

İbn Ziyad: “Nə cürətlə belə cavab verirsən? Aparın onun boynunu vurun.”

Bu zaman İmamət əmanətinin (İmam Səccadın) qoruyucusu Xanım Zeynəb buyurdu: "Ey Ziyadın oğlu! Bizim kişilərimizdən birini də sağ qoymadın əgər onu öldürmək istəyirsənsə məni də onunla birlikdə öldür!"

İmam Səccad (ə) buyurdu: "Bibi sakit ol, qoy onunla mən söhbət edim." İmam sonra buyurdu: "Ey Ziyadın oğlu! Məni öldürməklə hədələyirsən? Bilmirsən ki ölüm bizim üçün adi bir iş, şəhadət bizim üçün şərəfdir?"

Mehdi Pişvayi