21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kufə və Kufəlilərin əsl siması
28.02.2019

Əhli-beyt əzizlərinin başı uca və iftixarlı karvanı Kufəyə yetişir. Karvanın yolu, tamaşaya gələn çamaatla dolu idi. Kufə, Əmirəl-möminin və İmam Müctəbanın (ə) xilafəti dövrünün mərkəzi, şiə cəmiyyətinin mühüm məntəqələrindən olduğu üçün tamamilə İbn Ziyadın qoşunlarının mühasirəsində idi. Kufə camaatı vəfasızlıqla məhşur idi. Bu ruhiyyə Əmirəl-möminin və İmam Müctəbanın dövründə, Allah Rəsulunun övladlarının qarşısında sıraya düzülüb, Kərbəla faciəsini törətməklərində, yaxşıca sınaqdan keçdi. Kufə camaatı həmin camaatdır ki, Fərəzdəq, İmam Hüseynin (ə) Kufə camaatının vəziyyəti barədə verdiyi suala belə cavab verdi: “Kufə camaatının ürəkləri sizinlə, qılıncları isə sizin əleyhinizədir. Bəzi tədqiqatçıların dediyinə görə, Kufə camaatı tez sakitləşərdilər. Bir söz eşitcək qəzəblənər və bir hadisə görçək yumşalırdılar. Onlar Hüseyn ibn Əlinin nümayəndəsini elə həvəslə qarşıladılar və belə namərdliklə də onu İbn Ziyadın əlinə verdilər. Elə qeyrətsizcəsinə evlərinin qapısını bağlayıb sakit oturdular ki, İbn Səd və onun qoşunları İmam Hüseyn (ə) və onun dostlarını öldürdülər. İndi də onun qadın və uşaqlarını şəhərlərə əsir aparırlar. Bəli, Kufə camaatı o vaxt ayılıb öz işlərinin çirkinliklərini görürlər ki, Hüseynin (ə) qadın və qızlarını, Əli övladlarını və Peyğəmbər nəvələrini kafir əsir kimi bu şəhərə gətirdilər. Peyğəmbərin xəlifəsi və müsəlmanların əmiri olan Əlinin (ə) bu şəhərdə beş illik hakimiyyətindən iyirmi ildən çox keçməzdi. Yaşı otuzu keçməyən qadınlar həzrət Zeynəbi belə günlərdə görmüş və Əlini (ə) gözündə isə onun həya əzəmətini müşahidə etmişdilər. Bu mənzərəni görmək keçmiş xatirələri diriltdi. Küçələr, məhəllələr, tinlər, bazar şivənlə doldu. Qadınların şivəni uşaqları ağlatdı və uşaqların ağlamağı qocaların bərk ürəyini yumşaltdı. Bir dəfəyə hər tərəfdən fəryad və fəqan qalxdı. Bu cəmiyyətin içində öz sözləri ilə həyacanı zirvələrə yetirə biləcək şəxs Əlinin qızı Zeynəb idi.

Məhəmməd İştihardi