29 Oktyabr 2025 - 29
Biz Aşura günü və gecəsində imamın və onun səhabələrinin vəziyyətini mötəbər kitablarda oxuduğumuz və gördüyümüz qədərincə bəyan etmək istəyiriksə, təbii ki, bunun xüsusiyyətləri və şəraiti var. Misal üçün, imamın Aşura gecəsi öz dostlarına dediyi sözü bu xüsusiyyətlərlə söyləyə bilərik: "gecənin qaranlığında", yaxud "o gecənin qəm və qüssə dolu qaranlığında" və sair. Bu qatqılar nə zərərli, nə də yalandır. Lakin bəzi qatqılar yalandır, bəzi sözlər düzgün deyil, hətta bəzi kitablarda yazılanlar Hüseyn (ə) hərəkatının məna və məfhumuna yaraşmır. Bunları tanıyıb ayırmaq lazımdır. Buna əsasən, birinci məsələ budur ki, biz hadisəni təmizləyək və həmin təmizlənmiş, dəqiq və əsaslı hadisəni müxtəlif sənət üslubları ilə - şeirlə, nəsrlə və özünün xüsusi sənət tərzi olan rövzəxanlıqla qarışdıraq. Bunun eybi yoxdur. Bu mühüm məsələdir. Biz bu işi görməliyik. Bu sahənin peşəkarları bu işi görməlidirlər. Biz Ərbəin ziyarətnaməsində deyirik ki, imamın məqsədi Allahın bəndələrini cəhalət və azğınlıqdan xilas etmək idi. Bu gün bunun mənası bizim üçün aydındır. Lakin biz öz işimizlə həmin məna və məfhumu pozsaq, onun ziddinə getsək, bu iş İmam Hüseynin (ə) və Aşura hadisəsinin məramına xidmət olmayacaq. Biz hadisəni təmizləməli, sonra onun müxtəlif cəhətlərini xalqa izah etməliyik.
Ayətullah Xamenei
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto