21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əsirlər karvanında Xanım Zeynəbin məsuliyyəti
09.03.2019

Xanım Zeynəb (ə) karvan böyüklərindən idi və onun idarə olunmasında mühüm məsuliyyəti var idi. O, bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə iştirak edir, bütün çətinlik və müsibətlərdə özünü qardaşı Hüseynə şərik bilir.

O, həzrət Zəhra yadigarıdır və elə bil anasının əvəzinə Hüseyn (ə) və övladlarına gözlənilən müsibət və bəlalara hazır olur. Doğrudan da onu Seyyidüş-şühəda hərəkatının ən böyük himayəçisi hesab etmək olar. O, bu işini imamla birgə və çiyin-çiyinə başlayıb iradə və təmkinliklə yerinə yetirirdi. Tarixdə bəzi hərəkat, yol və səhnələrdə adının qeyd olunmasına baxmayaraq, cürətlə demək olar ki, Zeynəb onların hamısında fəal surətdə iştirak etmişdir. Karvanı idarə etməkdə onun imamla yaxın əlaqəsi, onunla fikri, ruhi və mənəvi əlaqəsi və öhdəsinə qoyulmuş böyük məsuliyyət bu həqiqətə əyani sübutdur.

O, Əhli-beyt və imam dostlarının qadın və uşaqlarının böyüyü idi. Tasua günü və ondan qabaqkı günlər baş verən hadisələr, İmam Hüseynin Zeynəblə söhbəti, onun bacısına Əhli-beyti himayə barəsində olan tövsiyələri açıq-aşkar onun karvanda olan məsuliyyətini göstərir. Zeynəb İmam Hüseynin sirlərinin məhrəmi və əmanətdarı idi, gərək qardaşının onun boynuna qoyduğu əmanət yükünü məqsədə çatdıraydı.

Məhəmməd İştihardi