24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Əhli-Beytdən (ə) olmayan Kərbəla əsirləri
11.03.2019

Aşura hadisəsindən sonra ancaq Əhli-Beytin ailəsi və bəzi yoldaşları sağ qaldılar ki, qadınlardan, nökərlərdən və uşaqlardan ibarət idilər. Ömər ibn Səd, İmam Hüseynin şəhadətindən sonra onun əzizlərini və o cümlədən, oğlu İmam Səccadı əsir edib, özü ilə Kufəyə apardı.

Kərbəla vaqiəsindən sonra Əhli-Beyt əsirləri ilə yanaşı, başqa əsirlər də var idi ki, onlar da öz yaxınlarını şəhid vermişdilər. Şəhərlərinə daxil olan zaman Kufə qəbilə başçılarının vasitəsilə azad olunmuşdular. Ancaq Haşimi əsirləri elə bu halda qalaraq Şama aparılmışdılar. Əsirlərin bəzisi isə düşmən tərəfindən qətlə yetirilmişdi.

Əhli-Beytdən olmayan əsirlər ilə tanış olaq:

1. Üqbə ibn Səman. İmam Hüseynin xanımının nökəri olan Uqbə İbn Səd tərəfindən əsir edilir və sonra azad edilir.

2. Nafə ibn Həlal. O, Quran qarisi, hədis yazan və Əmirəl-möminin dostlarından olmuşdur. O, Müslimin şəhadətindən sonra İmam Hüseynə qoşulmuşdu. Aşura günü düşmənin 12 nəfərini cəhənnəmə göndərmişdi. Yaralandığı üçün döyüşü davam etdirə bilmir. Şimr də onu əsir götürür. Nafə əsirlikdən sonra Şimr tərəfindən qətlə yetirilir.

3. Müvəqqə ibn Süməmə. O, Aşura hadisəsi zamanı ağır zərbə alır və yerə yıxılır. Qəbiləsi onu xilas edir. Onu Kufəyə gətirib gizlədirlər. İbn Ziyad bu hadisədən xəbər tutan zaman, onu öldürmək üçün adam göndərir. Ancaq Bəni-Əsədin bu işə qarışması ilə fikrindən daşınır. Onu zəncirə vurub Zarəyə sürgün edirlər.

4. Sərar ibn Munəm. O, Aşura hadisəsi zamanı yaralanır və əsir düşür. Ömər ibn Səd onu öldürmək istəyir. Ancaq qəbiləsi buna mane olur. O, Aşura hadisəsindən 6 ay sonra dünyasını dəyişir.

5. Vəhəb ibn Vəhəb. O, xristian bir şəxs idi ki, anası ilə birlikdə İmam Hüseynin yanına gəlir və müsəlman olur. O, Aşura günü xeymənin sütununu çıxardıb, onunla düşmənə hücum edir və düşmənin bir neçə nəfərini cəhənnəmə vasil edir. Sonra isə əsir düşür. Onun başını kəsib, İmamın yoldaşlarına tərəf atırlar.

6. Ümmi Əmr. Ümmi Əmr öz həyat yoldaşı ilə birlikdə Kərbəla karvanına qoşulmuşdu. Əri və oğlu bu hadisə zamanı şəhid olur və o da, başqa qadınlar kimi əsir düşür.

7. Fizzə. O, xanım Zəhranın kənizi idi. O da başqa qadınlar kimi əsir düşür.

8. Ümmi Vəhəb. Kərbəlada bu ləqəbi daşıyan iki qadın olmuşdur. Onlardan biri Aşura günü şəhid olmuş və o birisi isə Şeyx Səduqun nəql etdiyinə görə, xristian qadın idi ki, oğlu ilə birlikdə İmam Hüseynin vasitəsi ilə müsəlman olmuşdular. O, da əsir düşmüşdür.

Tarixin nəql etdiyinə görə, Əhli-Beytlə birlikdə çox sayda insan əsir düşmüşdür. Həzrət Zeynəb İbn Ziyadın məclisinə daxil olan zaman əmr edir ki, kənizləri onu əhatəyə alsınlar. Ancaq bu kənizlərin adı tarixdə məlum deyildir.

Deyerler.org