03 Dekabr 2024 - 3
Aşura gününün hadisələrini nəql edən rəvayətçi deyir: “And olsun Allaha ki, məksur görmədim”. "Məksur" - başına qəm-qüssə ələnən, uşağı ölən, dostları məhv olan, sərvəti əldən çıxan və bütün bəlalara düçar olan şəxsdir.
Rəvayətçi deyir ki, mən dörd tərəfdən müsibət içərisində olan heç kəsi Hüseyn ibn Əli (ə) kimi möhkəm görmədim. Müxtəlif döyüş meydanlarında, ictimai və siyasi işlərdə insan müxtəlif adamlarla rastlaşır. Bəzi şəxslər müxtəlif qəmlərə düçar olmuşlar.
Rəvayətçi deyir ki, belə bir halda və bütün bu müsibətlərdə olan heç kimi Hüseyn ibn Əli (ə) qədər şad, qərarlı, əzmkar, iradəli və Allaha təvəkkül edən görmədim. Bu, sözügedən İlahi izzətdir. Bu cərəyanı İmam Hüseyn (ə) tarixdə yaratdı və bəşər anladı ki, belə bir hökumət və cəmiyyət üçün mübarizə aparmalıdır; elə bir cəmiyyət ki, onda insan aşağılığı, təhqiri, əsarəti və ayrıseçkilik olmasın. Hamı belə bir cəmiyyət üçün cihad etməlidir. Belə cəmiyyət yaranmalıdır, yaranır və mümkündür.
Ayətullah Xamenei