24 Noyabr 2024 - 24
Xanım Zeynəb, həzrət Əli və həzrət Zəhranın qızıdır. O ailə ki, “Həl əta” surəsi onların şənində nazil olub, onları xaliscəsinə etdikləri israra görə tərif etdi. özündən keçmək və başqalarını özündən qabağa salmaq Peyğəmbər xanədanının xüsusiyyətlərindəndir. Bu xanədandan olan və tovhid məktəbindən dərs alan Zeynəb (ə), öz yaşayışının hamısında, xüsusi ilə Seyyidüş-şühəda hərəkatında öz rahatlıq və asayişinə göz yumdu. Və fədakarcasına özünü və əzizlərini Allah yolunda fəda etdi. Bütün çətinlikləri canına alıb dözdü. Onun böyük Kərbəla hərəkatındakı fədakarlıqları tarixin dillər əzbəridir. O, çətinliklərdə özündən keçdi və fədakarcasına davrandı. Çətinlikləri qarşılamaqda qabaqcıl idi və onların qarşısında son ana qədər müqavimət göstərirdi.
Səfər boyunca uşaqları və karvan əhlini himayə edir və hətta öz yemək payını da başqalarına verirdi. İmam Səccad (ə) buyurur: "Bibim Zeynəb Kufədən Şama qədər bütün müstəhəb və vacib namazlarını yerinə yetirdi. O, mənzillərdən birində zəiflik və aclığın şiddətindən oturaq halda namaz qıldı, çünki üç gün idi öz yemək payını azyaşlı uşaqlara verirdi".
Zeynəbin bütün bu fədakarlıqları öz məqsəd və yoluna imanı olduğu üçün idi və o yolda heç cür canfəşanlıqdan sıxılmırdı. Bəlkə də əziz Peyğəmbərin Zeynəbin təvəllüdü vaxtında buyurduğu “hamının bu qıza hörmət etməyini vəsiyyət edirəm, çünki, o Xədicəyə oxşayır” kəlamı onun Allah yolunda fədakarlıq və özündən keçmə ruhiyyəsində olduğu üçün idi. Axı Xədicə də belə idi. Peyğəmbərin tək olduğu vaxtda Xədicə bütün var-dövlətini və öz mevqeyini fədakarcasına İslamın inkişafı yolunda sərf etdi. Zeynəb də İmam Hüseynin (ə) kənarında və onunla birgə Allahın dinini qorumaq yolunda hər şeydən keçdi.
Məhəmməd İştihardi