21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura sözünün və bayrağının ucalması
02.04.2019

Siz baxın, Hüseyn ibn Əlinin (ə) pak qanı Kərbəlada, qürbətdə töküldü. Lakin İmam Səccadın və Zeynəb-Kübranın öhdəsinə düşən ən böyük məsuliyyət ilk andan bu sözü ucaldıb müxtəlif formalarla bütün İslam dünyasına çatdırmaq idi. Bu hərəkət həqiqi dinin, Hüseyn ibn Əlinin (ə) dininin və İmam Hüseynin şəhid olduğu məqsədin dirçəldilməsi üçün zəruri və lazım idi. Sözsüz ki, İmam Hüseyn (ə) üçün Allahın mükafatı olacaq, buna görə sükut edə bilərdilər. Amma nə üçün İmam Səccad (ə) ömrünün sonuna qədər - ondan sonra yaşadığı 30 ildə hər hansı bir münasibətlə Həzrət Hüseynin adını, qanını və şəhidliyini yada salırdı, xalqa xatırladırdı? Bu iş nədən ötrü idi? Bəziləri elə bilirlər ki, bu iş Üməyyə övladlarından intiqam almaq üçün idi. Halbuki sonralar Bəni-Üməyyə hakimiyyətdən uzaqlaşdı. Bəni-Abbasın hakimiyyətə gəlişindən sonra İmam Rza (ə) nə üçün Rəyyan ibn Şəbibə tapşırır ki, öz məclislərinizdə Əbu Abdullahın (ə) müsibətlərini oxuyun? O zaman axı Bəni-Üməyyə yox idi, tari-mar olmuşdular! Bu ondan ötrüdür ki, Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Bu günə qədər də dalğalanmış və hidayət etmişdir.

Ayətullah Xamenei