28 Oktyabr 2025 - 28
Həzrət Əbəlfəzl-Abbasın nəyə görə Əbəlfəzl adlandırılması barədə iki nəzər var. Biri budur ki, həzrət Abbasın Fəzl adında oğlu olub. Ona görə də ona Əbəlfəzl, yəni "Fəzlin atası" deyirdilər.
Digər bir nəzərə görə isə həzrətin Fəzl adında oğlunun olmasına baxmayaraq, bu ləqəbin əsl səbəbi oğlu deyildi.
Nisbətən doğru nəzər budur ki, həzrət Əbəlfəzl elə, doğrudan da, "fəzl atası", yəni fəzilətlər atası idi. Yəni həyatında bütün fəzilətləri, əxlaqi səciyyələri özündə toplamış bir şəxsiyyət idi. İlahi dəyərlərə önəm verirdi. Həyatı bu dəyərlərlə dolu olan bir həyat idi. Atdığı addım, danışdığı söz fəzilətlərlə dolu idi. Ona görə də ona Əbəlfəzl deyirdilər.
Əbəlfəzlin həyata qədəm qoyması ilə Hüseynin təkliyi aradan qalxdı. O, dünyaya gəlməsi ilə isar örnəyi oldu, mərdlik nümayişi oldu. Yəni mərdlik və vəfadarlıq necə olar, həzrət onu göstərdi. Əbəlfəzl, yəni eşq, qardaşlıq, qeyrət. Qardaş, yəni Əbəlfəzl.
Həzrət Əbəlfəzlin adı yadımıza düşdüyü zaman bu və bu kimi çoxlu dəyərlər gözümüzün önünə gəlir. Niyə? Çünki doğrudan da həzrət Əbəlfəzl "fəzl atası" idi və bu dəyərləri özündə toplamış bir şəxsiyyət idi.
Cəbrayıl Abıyev
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto