23 Noyabr 2024 - 23
Həzrət Zeynəb (ə) müsibətlər anasıdır. Həzrət Zeynəb çox müsibətlər görüb, ona görə də bu ləqəbi ona veriblər. Xanım Zeynəbin öz dilindən nəql edirlər, buyurur:
Dünyada nə qədər bəla var idi qəlbimə doldu,
Hüseyn Kərbubəlada Zeynəbin qəlbi bəladan doydu.
Həqiqətən də həzrət Zeynəb çox müsibətlər gördü. Amma eyni zamanda da bu müsibətlər qarşısında səbr etdi. Bizim rəvayətlərdə səbri üç yerə bölürlər. Birinci müsibətlər müqabilində səbr. İkinci günah müqabilində səbr. Üçüncü isə ibadət müqabilində səbr. Həzrət Zeynəb demək olar ki, Kərbəlada hər üçün səbr növünün müqabilində layiqincə səbr edərək başı uca çıxdı.
Xanım Zeynəb Kərbəlaya Ovn və Məhəmməd adlı iki oğlunu gətirmişdi. Tarix yazır ki, İmam Hüseyn bütün şəhidləri xeyməyə gətirəndə Xanım Zeynəb imamın qarşısına çıxaraq kömək edirdi. Amma öz iki övladı şəhid olanda imam onları xeyməyə gətirdi həzrət Zeynəb onun qarşısına çıxmadı. Deyirlə ona görə çıxmadı ki, birdən Hüseyn utanar axı Zeynəb uşaqlarını mənə görə verib. Baxın, Xanım Zeynəbin bu həddindən artıq olan səbrdiri.
Elnur Əliyev